Nokia Lumia 820 - Ekran klaviaturasından istifadə

background image

Ekran klaviaturasından istifadə
Ekran klaviaturası ilə yazmaq asandır. Siz klaviaturadan telefonu portret və ya albom rejimində

tutarkən istifadə edə bilərsiniz. Siz hərflərə toxunmaqla və ya onlara çəkməklə mesajlarınızı yaza

bilərsiniz.
Mətn xanasına vurun.
1

Simvol düymələri

2

Shift düyməsi

3

Rəqəmlər və simvol düyməsi

4

Dil düyməsi

5

Emosiya işarəsi düyməsi

6

Boşluq düyməsi

7

Enter düyməsi

8

Geriyə boşluq düyməsi

Klaviaturanın düzümü müxtəlif proqramlarda və

dillərdə fərqli ola bilər. Dil düyməsi yalnız birdən artıq dil seçildiyi halda göstərilir. Nümunədə İngilis

dili üzrə klaviatura göstərilir.

İşarə:Klaviaturaya vergül düyməsi əlavə etmək üçün başlama ekranında ekranın yuxarısından

aşağı çəkin və Bütün parametrlər > Klaviatura > Təkmil > Mümkün olarsa, vergül düyməsini

göstərin seçiminə toxunun.

Mətni yazmaq üçün çəkin

Sözün birinci hərfindən çəkin və hərfdən hərfə yol çəkin. Sonuncu hərfdən sonra barmağınızı qaldırın.

Davam etmək üçün boşluq düyməsinə toxunmadan çəkməkdə davam edin. Telefonunuz boşluqlar

əlavə edir.
Bütün dillər dəstəklənmir.

© 2014 Microsoft Mobile. Bütün hüquqlar qorunur.

42

background image

Böyük və kiçik hərflər arasında keçid

Shift düyməsinə vurun. Caps lock rejimini yandırmaq üçün düyməyə iki dəfə vurun. Normal rejimə geri

qayıtmaq üçün yenidən shift düyməsinə vurun.
Rəqəm və ya xüsusi simvolu yazmaq

Rəqəmlər və simvol düyməsinə vurun. Digər xüsusi simvollara baxmaq üçün shift düyməsinə yenidən

vurun. Bəzi xüsusi simvol düymələrində daha çox simvol olur. Digər simvollara baxmaq üçün simvol

və ya xüsusi simvola vurub saxlayın.

İşarə:Cümlənin sonuna nöqtə qoymaq və yeni cümləyə başlamaq üçün boşluq düyməsinə iki

dəfə vurun.
İşarə:Nömrə və ya xüsusi simvolu tez yazmaq üçün rəqəm və simvol düyməsini basıb saxlayarkən

əlinizi simvola doğru sürüşdürün və barmağınızı qaldırın.

Mətni köçürmək və ya əlavə etmək

Sözə vurun, köçürmək istədiyiniz hissəni seçmək üçün dairəni sözün ətrafında çəkin və vurun. Mətni

əlavə etmək üçün vurun.

© 2014 Microsoft Mobile. Bütün hüquqlar qorunur.

43

background image

Simvola vurğu əlavə etmək

Simvola vurub saxlayın və vurğulu simvolu seçin.
Simvolu silmək

Geri boşluq düyməsinə vurun.
Yazı dilləri arasında dəyişiklik etmək

Dil düyməsinə basıb saxlayın, istədiyiniz dili seçin. Dil düyməsi yalnız birdən artıq klaviatura

quraşdırılanda göstərilir.
Kursoru hərəkət etdirmək

İndicə yazdığınız sözü redaktə etmək üçün kursoru görənə kimi mətnə toxunub saxlayın. Kursoru

istədiyiniz yerə sürükləyin.