Nokia Lumia 820 - Toxunuş ekranından istifadə

background image

Toxunuş ekranından istifadə
Telefonunuzun toxunma, sürüşdürmə və ya çəkmə jestlərini kəşf edin.
1. Telefondan istifadə etmək üçün sadəcə olaraq toxunuş ekranına vurun və ya vurub saxlayın.

2. Digər seçimləri açmaq üçün menyu açılana kimi barmağınızı elementin üzərində saxlayın.

Nümunə: Proqramı və ya başqa bir elementi açmaq üçün proqrama və ya elementə vurun.

Təqvim elementini silmək və ya redaktə etmək üçün elementə vurub saxlayın və müvafiq seçimi

edin.

İşarə:Hətta əlcəklərinizi geyinərkən telefonunuzdan istifadə edə bilərsiniz. Başlama

ekranında, ekranın yuxarısından aşağı çəkin, Bütün parametrlər > toxunuş toxunun və

Toxunuş həssaslığı seçimini Yüksək seçiminə dəyişin.

Elementi çəkmək üçün ona vurub saxlayın

Barmağınızı bir-iki saniyə elementin üzərində saxlayıb, sonra ekranda sürüşdürün.

© 2014 Microsoft Mobile. Bütün hüquqlar qorunur.

22

background image

Sürüşdürmə

Barmağınızı ekrana qoyun və onu istədiyiniz istiqamətdə sürüşdürün.

Nümunə: Başlanğıc ekranı və ya proqramlar menyusuna və ya mərkəzlərdə müxtəlif görünüşlərə

keçmək üçün sola və ya sağa sürüşdürün. Uzun siyahı və ya menyunu sürətlə nəzərdən keçirmək

üçün barmağınızı ekrana vuraraq yuxarı və ya aşağı hərəkət etdirin və çəkin. Sürüşdürməni

dayandırmaq üçün ekrana vurun.

© 2014 Microsoft Mobile. Bütün hüquqlar qorunur.

23

background image

Böyütmək və ya kiçiltmək

2 barmağınızı elementin, məsələn, xəritə, şəkil və ya veb-səhifənin üzərinə qoyaraq barmaqlarınızı

bir-birindən ayırın və ya bir-birinə yaxınlaşdırın.

Mühüm: Ekranın cızılmasının qarşısını alın.

İşarə:Telefonu 90 dərəcə çevirdiyinizdə ekran avtomatik fırlanır. Ekranı öz yönümündə

kilidləmək üçün başlama ekranında ekranın yuxarısından aşağı çəkin, Bütün parametrlər >

Ekranın döndərilməsi seçiminə toxunun. Döndərmə kilidi seçimini Aktiv

kimi dəyişin.

Ekranın döndərilməsi bütün proqram və ya görünüşlərdə işləməyə bilər.

© 2014 Microsoft Mobile. Bütün hüquqlar qorunur.

24