![background image](https://i.helpdoc.net/Nokia Lumia 820/az_AZ/Nokia Lumia 820_az_AZ006.png)
Arxa qapağın çıxarılması
Telefonun arxa qapağını necə çıxartmağı öyrənin.
Qeyd: Qapaqları çıxarmazdan əvvəl cihazı söndürün və adapteri və hər hansı digər cihazı elektrik
enerjisindən ayırın. Qapaqları dəyişərkən elektron komponentlərə əl vurmayın. Cihazı həmişə
verilən qapaqla saxlayın və istifadə edin.
Arxa qapağı çıxartmaq üçün hər hansı alətdən istifadə etməyin.
1. Telefonun arxa tərəfi sizə tərəf olduqda baş barmağınızı telefonun arxa tərəfində kamera
linzalarının yanına basın.
© 2014 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
6
![background image](https://i.helpdoc.net/Nokia Lumia 820/az_AZ/Nokia Lumia 820_az_AZ007.png)
2. Yuxarı sol küncdə dırnağınızı ekran çərçivəsi və arxa qapağın arasındakı kiçik boşluğa salın. Qapağı
yan boşluq bir az açılana kimi əyin.
3. Digər küncdə də bunu təkrarlayıb qapağı çıxardın.
Arxa qapağı yerinə salmaq
Arxa qapağın aşağı kənarını telefonun aşağı kənarına tərəf basın. Daha sonra qapağın arxası yerini
tutana qədər onun üzərinə basın.