SIM kartı daxil etmək
SİM kartınızı telefona necə daxil etməyi öyrənmək üçün oxuyun.
Mühüm: Cihazınız yalnız mikro-SIM kartından (həmçinin mini-UICC SIM kartı kimi də tanınır)
istifadə edir. Uyğun olmayan SIM kartlardan və ya SIM kart adapterlərindən istifadə karta və ya
cihaza zərər vura bilər və kartda saxlanmış məlumatları korlaya bilər.
© 2014 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
7
Qeyd: Qapaqları çıxarmazdan əvvəl cihazı söndürün və adapteri və hər hansı digər cihazı elektrik
enerjisindən ayırın. Qapaqları dəyişərkən elektron komponentlərə əl vurmayın. Cihazı həmişə
verilən qapaqla saxlayın və istifadə edin.
Telefonunuz söndürülmüş olmalıdır.
1. Telefonun arxa tərəfi sizə tərəf olduqda baş barmağınızı telefonun arxa tərəfində kamera
linzalarının yanına basın.
2. Yuxarı sol küncdə dırnağınızı ekran çərçivəsi və arxa qapağın arasındakı kiçik boşluğa salın. Qapağı
yan boşluq bir az açılana kimi əyin.
3. Digər küncdə də bunu təkrarlayıb qapağı çıxardın.
4. Əgər batareya telefondadırsa, onu qaldırın.
5. SIM kart yerində kilidlənə qədər onu kart oyuğuna salın. Kontakt sahəsi üzüaşağı yerləşdirilməlidir.
© 2014 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
8
6. Batareya kontaktlarını düzləndirin və batareyanı yerinə salın.
7. Arxa qapağın aşağı kənarını telefonun aşağı kənarına tərəf basın.
8. Qapağın arxası yerini tutana qədər onun üzərinə basın.
© 2014 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
9