Telefonu simsiz doldurun
Kabellərdən istifadə etməyə ehtiyac yoxdur, sadəcə olaraq cihazınızı simsiz adapterin üzərinə qoyun
və o, dərhal doldurulmağa bașlayacaq.
Telefonunuz naqilsiz enerji doldurulması üzrə Qi qlobal standartını dəstəkləyir və hər hansı simsiz Qi
adapteri ilə uyğun gəlir. Telefonun doldurulma sahələri və adapter bir-birinə toxunmalıdır, buna görə
də, telefon və adapteri düzgün yerləșdirin. Telefon modellərinin hamısı bütün adapterlərlə uyğun
gəlmir.
© 2014 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
14
Simsiz doldurulma ișləməsi üçün sizə içərisində Qi loqotipi ilə damğalanmıș Nokia simsiz doldurulma
qapağı lazım olacaq. Qapaq satıș paketi ilə birgə təmin olunur və ya ayrıca satılır. Yalnız orijinal Nokia
simsiz doldurulma örtüklərindən istifadə edin.
Nokia simsiz adapterləri, məsələn, simsiz doldurulma paneli DT-900 ayrıca satılır.
Naqilsiz doldurulma üçün yalnız Qi ilə uyğun adapterlərdən istifadə edin.
1. Simsiz adapter ișlək vəziyyətdə olmalıdır.
2. Simsiz doldurulma qapağı yerində olmaqla telefonunuzu simsiz doldurucuya elə yerləșdirin ki,
doldurulma sahələri toxunsun.
3. Batareya yüklənən kimi telefonunuzu adapterdən ayırın.
Yükləmə sahəsi ișıqlanır.
Xəbərdarlıq: Adapter və cihaz arasında heç bir əşya olmadığını yoxlayın. Doldurulma sahəsinin
yanında cihazın səthinə heç nə, məsələn, stikerlər yapışdırmayın.
Simsiz doldurulma haqqında ətraflı məlumat üçün adapterin istifadəçi təlimatını oxuyun və simsiz
doldurucunun örtüyünə baxın.