Rəqəmli hüquqların idarəsi haqqında
Bu cihazdan istifadə edərkən bütün qanunlara riayət edin və müəllif hüquqları da daxil olmaqla, yerli adətlərə, digər şəxslərin
şəxsi işlərinə və qanuni hüquqlarına hörmət edin. Müəllif hüquqlarının qorunması şəkilləri, musiqi və digər məzmunu köçürməyə,
dəyişdirməyə və ya göndərməyə mane ola bilər.
Rəqəmli hüquqların idarəsi (RHİ) tərəfindən qorunan tərkib müvafiq lisenziya ilə müşahidə olunur ki, bu da tərkibdən istifadə
etmək üçün Sizin hüquqlarınızı müəyyənləşdirir.
Bu cihazla WMDRM 10 ilə qorunan tərkibə daxil ola bilərsiniz. Əgər hansısa RHİ proqramı tərkibi qoruya bilmirsə, onda tərkibin
sahibləri bu kimi RHİ proqramının yeni RHİ tərəfindən qorunan tərkibə daxil olmasının ləğv olunmasını tələb edə bilərlər. Bu kimi
RHİ proqramının ləğv edilməsi artıq sizin cihazınızda RHİ tərəfindən qorunan tərkibin yeniləşməsinin qarşısını ala bilər. Belə RHİ
proqramının ləğvi RHİ başqa növləri tərəfindən qorunan digər tərkiblərin istifadəsinə, və ya RHİ tərəfindən qorunmayan tərkiblərə
təsir etməyəcək.
Əgər sizin cihazda WMDRM qorunan tərkib varsa, cihaz yaddaşının formatlanması zamanı lisenziyalar və tərkib itiriləcək. Siz
həmçinin cihazınızdakı fayllar pozulduğu təqdirdə lisenziyalar və tərkibdən də məhrum ola bilərsiniz. Lisenziyalar və ya tərkibin
itirilməsi Sizin cihazınızda həmin tərkibdən təkrar istifadə etmək imkanınızı məhdudlaşdıra bilər. Əlavə məlumat üçün xidmət
təminatçısı ilə əlaqə saxlayın.