Nokia Lumia 820 - Telefonun proqram təminatını yeniləmək

background image

Telefonun proqram təminatını yeniləmək

Yeniliklərlə ayaqlaşın – telefonunuz üçün yeni və təkmil xüsusiyyətləri əldə etmək üçün telefonunuzun

proqram təminatını və proqramları simsiz şəkildə yeniləyin. Proqram təminatını yeniləmək telefonun

məhsuldarlığını təkmilləşdirə bilər.

Yeniləməyə başlamazdan əvvəl adapteri qoşun və ya batareyanın kifayət qədər dolu olduğuna əmin

olun.

Xəbərdarlıq: Proqram yeniləməsini quraşdırsanız, quraşdırma prosesi bitənə və cihaz yenidən

işə düşənə qədər cihazdan istifadə etmək və hətta təcili yardım zənglərini də etmək mümkün

olmayacaq.

© 2014 Microsoft Mobile. Bütün hüquqlar qorunur.

103

background image

Xidmətlərdən istifadə və ya məzmunun yüklənməsi, o cümlədən pulsuz elementlər məlumat xərcləri

ilə nəticələnə bilən böyük həcmdə məlumatların ötürülməsinə səbəb ola bilər.
Susmaya görə, məlumat bağlantısı, məsələn, rouminq icazə verdikdə, telefonunuz avtomatik olaraq

mövcud yeniləmələri yükləyəcək. Telefonunuz yeniləməyə dair bildirdikdə sadəcə olaraq telefonun

ekranında göstərilən təlimatlara əməl edin. Telefonunuzun yaddaşı azdırsa, siz proqramlar, şəkillər

və digər materialları yaddaş kartına apara bilərsiniz.

İşarə:Proqram yeniləmələri üçün Mağazaya baxın.

Yeniləmədən sonra yeni istifadəçi təlimatınız üçün Nokia Care proqramı və ya dəstək üzrə səhifələri

yoxlayın.
Yeniləmənin avtomatik yüklənməsini söndürmək

Məlumat xərclərinizə nəzarət etmək istəyirsinizsə, yeniləmələrin avtomatik yüklənməsini söndürə

bilərsiniz. Başlama ekranında ekranın yuxarısından aşağı çəkin, Bütün parametrlər > Telefon

yenilənməsi toxunun və Verilənlər parametrlərim imkan verdikdə yeniləmələri avtomatik endir

seçim xanasını təmizləyin.