Nokia Lumia 820 - Proqramları yaddaş kartında saxla və ya apar

background image

Proqramları yaddaş kartında saxla və ya apar
Telefonunuzun yaddaşını yaddaş kartı ilə genişləndirin və proqramlarınızı susmaya görə kartda

saxlayın.
Yaddaş kartınızın keyfiyyəti telefonunuzun məhsuldarlığına xeyli təsir göstərə bilər. Telefonunuzdan

daha çox faydalanmaq üçün tanınmış istehsalçının sürətli 4-128GB kartından istifadə edin. Yaddaş

kartları haqqında ətraflı məlumat üçün tez-tez verilən sualları yoxlayın.
Yaddaş kartı ayrıca satılır.
Başlanğıc ekranında sola sürüşdürün və toxunun: Yaddaş sensoru.
Telefonunuzun proqramlar və digər faylları saxladığı yeri dəyişdirmək üçün hər bir fayl növü üçün

Telefon və ya SD kart seçiminə toxunun.
Yaddaş kartının növü böyük faylların karta aparılması müddətinə təsir edir.
Proqramları yaddaş kartına apar

Telefon > Proqramlar+Oyunlar > seçiminə toxunun, yeri dəyişdiriləcək proqramları seçin və SD-

yə apar seçiminə toxunun.
Siz sonradan yaddaş kartından proqramları geri telefonunuza apara bilərsiniz.