Nokia Lumia 820 - Telefonun mövcud yaddaşını yoxlamaq və artırmaq

background image

Telefonun mövcud yaddaşını yoxlamaq və artırmaq
Telefonunuzda nə qədər yaddaş olduğunu yoxlamaq istəyirsiniz? Yaddaş sensoruproqramından

istifadə edin.
Başlanğıc ekranında sola sürüşdürün və toxunun: Yaddaş sensoru.
Vurun: Telefon. Telefon kartı haqqında təfərrüatları yoxlamaq üçün SD kart vurun.

© 2014 Microsoft Mobile. Bütün hüquqlar qorunur.

109

background image

İşarə:Telefonunuzda daha nəyə malik olduğunuza baxmaq istəyirsiniz? Faylın növünə toxunun,

məsələn, Şəkillər. Proqramlar və ya fayllara cəld daxil olmaq üçün İdarə et seçiminə toxunun.

Telefonun yaddaşı dolarsa, əvvəlcə sizə artıq lazım olmayan məzmunu yoxlayın və silin:
• Mətn, multimedia və e-poçt mesajları
• Əlaqələr və təfərrüatlar
• Proqramlar
• Musiqi, şəkilləri və ya videolar
Silmək əvəzində siz həm də faylları yaddaş kartına apara bilərsiniz.
Yaddaş kartınızın keyfiyyəti telefonunuzun məhsuldarlığına xeyli təsir göstərə bilər. Telefonunuzdan

daha çox faydalanmaq üçün tanınmış istehsalçının sürətli 4-128GB kartından istifadə edin. Yaddaş

kartları haqqında ətraflı məlumat üçün tez-tez verilən sualları yoxlayın.
Yalnız təsdiqlənmiş və bu cihaz üçün uyğun olan yaddaş kartlarından istifadə edin. Uyğun olmayan

yaddaş kartının istifadəsi yaddaş kartını, habelə cihazı zədələyə bilər, həmçinin kartda saxlanılan

məlumat pozula bilər.
Yer boșaltmaq üçün müvəqqəti faylları silin

Telefon > Müvəqqəti fayllar > Sil vurun. Müvəqqəti faylları və digər verilənləri brauzerinizdən silmək

üçün Internet Explorer parametrləri > Tarixçəni sil seçiminə toxunun.